Dializ
Book information
Description
Mehman Ağayev, Sultan Əliyev, Dializ. Redaktor: L.M. Hacıbəbirova; Rəyçilər: prof. V. Ə. Əzizov, prof. K. İ. Abdullayev, t.e.d. İ. M. Həmidov; Oskar, Bakı-2010, 424 səh.Təqdim olunmuş kitab kəskin və xroniki böyrək çatışmazlığının müasir dializ müalicəsi problemlərinə həsr olunmuşdur. Hemodializin dünyada inkişafı tarixi, Azərbaycanda hemodializin və böyrəkköçürmənin inkişafının əsas məqamları ilə başlanan kitabın müxtəlif fəsilləri xroniki böyrək çatışmazlığının etoiopatogenezi, təsnifatı, klinikası, müalicə üsullarına (hemodializ, periton dializi, hemosorbsiya, plazmaferez və böyrəkköçürmə) həsr edilərək nefrologiya elminin müasir səviyyəsinə uyğun təqdim olunmuşdur. Monoqrafiyada böyrəyin xroniki xəstəliyi məfhumu haqda ətraflı məlumat verilir. Kəskin böyrək zədələnməsini işıqlandıran ayrıca fəsildə problemin müasir aspektləri təqdim olunur. Nefroloqlar üçün stolüstü rəhbərlik kimi nəzərdə tutulan kitab, şübhəsiz, həmçinin terapevtlər, reanimatoloqlar, kardioloqlar, endokrinologlar, uroloqlar, praktik və ailə həkimləri, elmi işçilər, Tibb Universiteti tələbələri üçün də dəyərli vəsaitdir.Dializin tarixi XBÇ etiopatogenezi, klinikası Xroniki böyrək çatışmazlığının müalicəsi Hemodializ Dializ üçün damar yolu Proqram hemodializi (PH) Dializ xəstələrinin problemləri Periton dializi (PD) Plazmaferez Hemosorbsiya Dializ xəstələrinin müxtəlif orqan və sistemlərində müşahidə olunan spesifik dəyişikliklər Kəskin böyrək çatışmazlığı Böyrəkköçürmə Əlavələr
Similar books
Избранные разделы нефрологии
Острый нефритический синдром у людей молодого возраста
Диабетическая нефропатия
Гломерулонефриты
Инфекции мочевыводящих путей: диагностика и лечение
DOC
Хронический гломерулонефрит
DOC
Diagnostic Atlas of Renal Pathology