Siyasətnamə
Book information
Description
Tərcümə Rəhim Sultanovundur. Bakı, "Çıraq", 2007, 273 səh. "Siyasətnamə" səlcuqlar dövründən qalmış ən mötəbər ədəbilarixi abidədir. Orta əsr feodal dövlətlərinin idarə sistemini, vergi qaydalarını, hərbi quruluşunu və bir sıra başqa qayda-qanunlarını öyrənmək üçün "Siyasətnamə" zəngin material verir. Onda elə fikirlər, ibrətamiz rəvayətlər, hekayələr və nəsihətlər vardır ki, min il bundan əvvəl deyilməsinə baxmayaraq, indi də öz dəyərini itirməmişdir. "Siyasətnamə"də Nizamülmülk dini təriqətlərə qarşı sən dərəcə həssasdır. Xüsusilə şiələrə və ismaililərə qarşı olduqca qəddar mövqe tutur və təəssübkeşliklə onlan təkfir edir, Babəki və xürrəmiləri şiddətlə töhmətləndirir, düşmənlərin onlar haqqında yaydıqları böhtanları təkrar edir. Bütün bunlar şübhəsiz ki, Nizamülmülkün yaşadığı dövrün xarakteri və tarixi şəraitindən doğmuşdur. O dövrdə də hakim təbəqəyə, işğalçılara və dövlətə qarşı çıxışlar və etirazlar dini pərdə altında özünü göstərmişdir. Buna görə də Nizamülmülk vəzir olduğu dövləti hər cür iğtişaş və üsyandan qorumaq üçün təriqətləri damğalayır, dini təəssübü dövlətin kəskin silahına çevirir. Nizamülmülk Səlcuq dövlətinin vəziri olduğu vaxt Azərbaycan da həmin dövlətin tərkibinə daxil edilmişdi. Buna görə də "Siyasətnamə" XI əsr Azərbaycan tarixini öyrənmək üçün də əhəmiyyətlidir.
Similar books
A History of the Japanese People From the Earliest Times to the End of the Meiji Era
TXT
Мятежный Карабах
TXT
Северная Корея как идеальная антиутопия или традиционные корни авторитаризма в КНДР
TXT
Жить с Библией
TXT
Китайская цивилизация в глобализирующемся мире. Том 1
Китайская цивилизация в глобализирующемся мире. Том 2
Замечания по поводу зарубежной государственности в докладе китайских сановников (1906 г.)
Китай. Япония. История и филология
DJVU